Bakıda 4 yaşlı uşaq yanaraq ölüb.
BakuCity.az xəbər verir ki, hadisə iyunun 27-də Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış məntəqəsində qeydə alınıb.
Bakı şəhər sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynayan süd qazanına düşüb.
Yanıq xəsarətləri alan uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (apa)
BakuCity.az