Tanınmış iş adamı Füzuli Fərəcov vəfat edib.
BakuCity.az xəbər verir ki, iş adamı bu gün səhər saatlarında koronavirusdan dünyasını dəyişdiyi dünyasını.
Məlumata görə, uzun müddətdir diabet xəstəsi olan F. Fərəcov bir neçə gün əvvəl koronavirusa yoluxub.
Xatırladaq ki, F.Fərəcov "Mohito" və "Paradise" və daha bir neçə gecə klublarının, Novxanıdakı "Kalyon" restoranının sahibidir.
Qeyd edək ki, F. Fərəcovun adı 2017-ci ildə 14 yaşlı oğlunun "Porsche" markalı avtomobillə piyadanı vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. (musavat.com)