Bakıda yağış yağacaq - PROQNOZ

Bakıda yağış yağacaq - PROQNOZ

Bakıda 29 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz  30-35, Bakıda  gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  

Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 29-u gündüz və iyulun 30-da Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

BakuCity.az

Şərhlər