“Karantin rejiminə nəzarət edən polislərimiz arasında koronavirusdan dünyasını dəyişənlərin sayı 5-ə çatıb”.
BakuCity.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib:
“Bu günə qədər karantin rejiminə nəzarət edən əməkdaşlarımız arasında ümumilikdə 5 nəfər dünyasını dəyişib, digər əməkdaşların müalicəsi davam edir.
Müalicə alanlar arasında vəziyyəti ağır olanlar da var”. (redaktor.az)
BakuCity.az