Bakıda avqustun 5-dən sonra vəziyyət necə olacaq? - AÇIQLAMA

Bakıda avqustun 5-dən sonra vəziyyət necə olacaq? - AÇIQLAMA

"Ölkə və bölgələrdə nə qədər aktiv yoluxmuş koronavirus xəstəsi varsa, bu, o deməkdir ki, yumşaldılma tədbirləri olduqda onlar digərlərini yoluxduracaqlar. Bunu demək nə qədər ağır olsa da, hətta avqustun 5-dən sonra yumşaldılma tədbirləri edilərsə, bunun məhdud şəkildə olması daha düzgün olar".

BakuCity.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

Həmçinin oxu: Rayonlara gediş-gəliş bərpa edilir? – AÇIQLAMA

Nabil Seyidovun fikrincə, insanların toplaşmasına və sıx şəkildə bir araya gəlməsinə imkan vermək olmaz:

"Xüsusilə, söhbət Bakıdan gedir. Bu, yoluxma sayının artmasına gətirib çıxaracaq. Biz iyunun sonunda yaşadığımız eyni problemə və vəziyyətə qayıda bilərik. Ona görə mərhələli şəkildə keçid təmin edilməlidir".

Burada vətəndaşlarımızdan çox şey asılıdır. Təəssüflə qeyd etmək lazımdır ki, iyundakı problemlərə və sərtləşdirməyə baxmayaraq, yenə də qaydaları pozan, toplaşan vətəndaşlarımız, qeyri-qanuni işəlyən kafelərimiz var".

BakuCity.az

Şərhlər