Qurban bayramı ərəfəsində rayonlara getmək təhlükəlidir - AÇIQLAMA

Qurban bayramı ərəfəsində rayonlara getmək təhlükəlidir - AÇIQLAMA

Azərbaycanın baş infeksionist Cəlal İsayev Qurban bayramı ilə əlaqədar paytaxtdan bölgələrə gedişlə başlı danışıb.

Xəbər verdiyimiz kimi, Kürdəmirin Pirili kəndində 31 nəfər koronavirusa yoluxub. Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunubla. Vəziyyətin nəzarətə götürülməsi istiqamətində işlər görülür.

Həmçinin oxu: Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu

İnsanların Qurban bayramı ilə əlaqədar rayonlara və kəndlərə getməsi virusa yoluxanların sayının artmasına səbəb ola bilərmi?

BakuCity.az xəbər verir ki, bununla bağlı baş infeksionist Cəlal İsayev bildirib ki, kəndlərdə bir-iki nəfər virus daşıyıcısının olması, digər kənd sakinlərinin də virusa yoluxmasına səbəb olur:

"Eyni zamanda virus daşıyıcısı bilmədən evdəki yaxın insanları, qohumları yoluxdura bilir. Bu da kənd yerində kütləvi yoluxmalara gətirib çıxardır. Bu gün epidemioloji situasiya bayram vaxtı rayonlara, kəndlərə getməyə imkan vermir. Epidemioloji vəziyyətin gərgin olaraq qalmasına baxmayaraq, müəyyən stabillik də var. Son vaxtlar sağlam insanların sayı yoluxanlardan çoxdur. Ancaq yenə də yoluxma yüksək səviyyədə qalmaqda davam edir".

Həmçinin oxu: Azərbaycanda koronavirusdan daha 7 nəfər öldü - STATİSTİKA

Baş infeksianist qeyd edib ki, insanlar yaşayış yerlərini vacib olmadığı təqdirdə tərk etməməli, karantin rejiminə əməl olunmalı, hazırkı vəziyyətdə yoluxmanın yüksək olduğundan ehtiyat tədbirləri davam etdirilməlidir. (sonxeber.az)

BakuCity.az

Şərhlər