Bayram günlərində marşrut avtobusları işləyəcək? – AÇIQLAMA

Bayram günlərində marşrut avtobusları işləyəcək? – AÇIQLAMA

Bu həftə Qurban bayramını qeyd ediləcək. Bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.

Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust – bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Bəs Qurban bayramı günlərində marşrut avtobusları işləyəcəkmi?

BakuCity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev açıqlamasında sərt karantin rejimi ilə əlaqədar həftənin şənbə və bazar günü ictimai nəqliyyatın fəaliyyətini dayandırıldığını, amma bu həftənin cümə və növbəti həftənin bazar ertəsi bayramla əlaqədar ictimai nəqliyyatın işləyib-işləməyəcəyi ilə bağlı hələlik rəsmi qərarın olmadığını bildirib.

"Sözügedən tarixlərdə ictimai nəqliyyatın fəaliyyətini dayandırması yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər", - deyə M. Ağayev əlavə edib. (qazet.az)

BakuCity.az

Şərhlər