Azərbaycanda daha bir icra hakimiyyətinin əməkdaşları saxlanıldı

Azərbaycanda daha bir icra hakimiyyətinin əməkdaşları saxlanıldı

Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı məlumat yayılıb. 

Bəzi saytlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı məlumat yayılıb. 

Məlumata görə, icra hakimiyyəti əməkdaşları rüşvət aldıqları üçün saxlanılıblar.

BakuCity.az xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyəti yayılan məlumatlara münasibət bildirib.

Açıqlamaya görə, hadisə ötən gün gunorta saatlarında baş verib:

“İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov, İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov saxlanılıb.

Onların nəyə görə saxlanılması barədə bizdə məlumat yoxdur. İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov dindirildikdən sonra sərbəst buraxılıb”.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər