Dərslər sentyabrın 15-də başlanacaq - AÇIQLAMA

Dərslər sentyabrın 15-də başlanacaq - AÇIQLAMA

"2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində dərslər sentyabr ayında ənənəvi qaydada başlanacaq".

BakuCity.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib.

Elçin Əfəndinin sözlərinə görə, pandemiya dövrünü nəzərə alaraq şagirdlərin dərslərdə iştirak edə bilməsi üçün müvafiq qaydalar hazırlanır:

“Siniflərdə şagirdlərin sayı 15 nəfərə qədər azaldılaraq, tək-tək parta arxasında oturmaq şərti ilə tədris proqramı həyata keçirilə bilər. Sentyabrda dərslərin ənənəvi qaydada başlanmasına səbəb birinci sinif şagirdlərinin müəllimlərinə öyrəşməsinə şərait yaratmaqdır. Ali və orta ixtisas məktəblərinin birinci kurs tələbələri üçün dərslər ixtisaslaşma və imtahanların gec başlanması səbəbindən oktyabrda planlaşdırılır”.

Ekspertin fikrincə, əgər ikinci dalğa yoluxma başlanarsa, pandemiyanın uzadılmasına qərar verilərsə o zaman yenidən 2021-ci ilin əvvəlinə qədər dayandırılacaq:

“Burada tədris müddətində dərs vaxtının qısaldılması müzakirə olunmur. Çünki yoluxma olarsa bu 20 dəqiqə ərzində də baş verə bilər. Payız-qış aylarında respirator xəstəliklərin artması fonunda yoluxma yenidən xüsusi karantin səviyyəsində olarsa o zaman dərslərin dayandırılması və 2021-ci ilin yanvar ayından sonra başlanması da istisna deyil’’. (metbuat.az)

BakuCity.az

Şərhlər