Rayonlara getməyə bu şərtlərlə icazə veriləcək

Azərbaycanda sərt karantin rejimi avqustun 5-də bitə bilərmi?

Azərbaycanda 14 şəhər və rayonda tədbiq edilən sərt karantin rejiminin avqustun 5-də bitməsi gözlənilir. Lakin dünən yoluxmanın sayının 400-dən çox olması yenidən sərt karantin rejiminin uzadılması ehtimalını ortaya çıxarır.

Azərbaycanda sərt karantin rejimi avqustun 5-də bitə bilərmi?

BakuCity.az  xəbər  verir  ki, bununla bağlı deputat Fazil Mustafa bildirib ki, bu gün insanların çoxu işini davam etdirir:

“Amma burada çıxış yollarından biri insanların rayonlara buraxılmasıdır. Kütləvi şəkildə iltizam alınır və insanlar 20 günlüyə rayonlara gedir. Şəhəri bir az boşaltmaq və yüngülləşdirmək lazımdır. Elə rayonlar var ki, istirahət mərkəzləri və başqa yerlər çalışmır. Amma elə bölgələr var ki, koronavirus orada yayılmayıb.

Ona görə də orada restoranlar və kafelər işləyir. Qaydalara əməl etməklə insanlar şəhərdən uzaqlaşa bilərlər. Düşünürəm ki, ilk növbədə bu istiqamətdə düşünmək lazımdır.

Çünki səhiyyə sistemimizin bu problemi çözmək imkanları xeyli aşağıdır. Minlərlə insan evdə müalicə olunur. Bu şəraiti nəzərə alaraq insanlara Bakıya bir müddət dönməmək şərti ilə sərbəst davranmaq imkanları vermək lazımdır. Bu imkan yaradılsa, insanlarımız ən azı 20-25 gün rayonlarda təcrid olunub, qala bilər.

Onsuz da toy və digər tədbirlərin keçirilməsinə icazə verilmir. Amma birdən-birə sərt karantin rejimini də yumşaltmaq müəyyən çətinlik yaradacaq. Yenə də fürsət düşən kimi insanlarımız 300-500 nəfərlik yas mərasimləri keçirirlər. Mən rayondan qayıdanda gördüm ki, 5-6 yerdə 1000 adam yığışmışdı. Soruşanda da dedilər ki, yas mərasimi keçirilir. Bu, sırf insanların məsuliyyəti ilə bağlı məsələdir”.

Deputat qeyd edib ki, sərt karantin rejimi ləğv edilsə, insanlar arxayın olacaq və qaydalara əməl etmək yenidən yaddan çıxacaq:

“Bu da təbii ki, yenə də sərt karantin rejimin tədbiqinə səbəb olacaq. İnsanlara iltizam verilərək ailəli şəkildə 20-25 günlük rayonlara getməsinə icazə verilməsi müəyyən qədər yoluxmanın qarşısını ala bilər. Digər tərəfdən də müəyyən iş yerlərinin açılmasına gedilməlidir. Metro açılmasın. Avtobusların da sayını artırmaq lazımdır. İş yerlərini açmaq lazımdr ki, insanlarımız maddi sıxıntılarını ortadan qaldıra bilsinlər”. (konkret.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb. BakuCity.az xəbər verir ki, müğəni tikinti şirkətlərindən birinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Nura Suri bir müddət əvvəl özünə yeni iş axtardığını demişdi. "Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil", - deyə məşhur müğənni bildirmişdi. (azxeber.com) BakuCity.az
Mədəniyyət
“Mənəviyat Carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi I qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “VətənTV” Media Şirkətində istehsal olunacaq “Mənəviyyat  Carçısı” adlı sənədli filmin çəkilişləri davam edir. BakuCity...
Biznes
AQTA ictimai iaşə obyektlərinin əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. BakuCity.az AQTA-ya istinadən qaydaları təqdim edir: • Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, o...
Cəmiyyət
Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq edilib. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri...
Cəmiyyət
Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir. BakuCity.az koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir: 1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur...
Ekologiya
Bakıda 12 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz  28-32,  Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70,...
Cəmiyyət
Azərbaycanda tanınmış aparıcıya vəzifə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. BakuCity.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” b...
Cəmiyyət
Paytaxtda nəzarət-profilaktiki reydlər keçirilir. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirilir. BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad q...