Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda sabaha gözlənilən hava PROQNOZU

Bakıda 30 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a veriln məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23,  gündüz  26-29, Bakıda  gecə 21-23, gündüz  26-28 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

İyulun 30-da Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

BakuCity.az

Şərhlər