Bakıda restoran, kafe və iri ticarət mərkəzləri açılır? - DEPUTAT

Turizm obyektləri, restoran, kafe və iri ticarət mərkəzləri açılır?

“Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə başladığı andan etibarən əsas prioritet kimi insanların sağlamlığının qorunması seçilib. Ona görə də mart ayından etibarən tətbiq edilən karantin rejiminin tətbiqi də insanların virusa yoluxmasının minimuma endirilməsi məqsədi daşıyıb. Amma bununla belə hökumət pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək üçün 3 paket qəbul edib. Buna uyğunda işlər həyata keçirilir”.

BakuCity.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib.

Vüqar Bayramov avqustun 5-dən sonra ölkədə karantin rejiminin yumşaldılmasını və real sektorun, xüsusən də ictimai iaşə, kafe, restoran, turizm, digər xidmət sektorunun fəaliyyətə başlamasını məqsədəuyğun hesab edir:

“Bizim tövsiyyəmiz ondan ibarətir ki, biznes - xüsusən ictimai iaşə, xidmət, turizm sektorunun fəaliyyətə başlaması üçün yeni qaydalar hazırlanaraq, başa çatdırılmalıdır. Artıq bir çox ölkələrdə belə bir prkatika tətbiq olunmaqdadır.  Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi kafe və restoranlar yeni qaydalara əsasən;- sosial məsafənin  gözlənilməsi, masaların yerləşdirilməsi, elektron menyi sistemindən istifadə edilməsi, işləyəcək ictimai iaşə obyektlərindı müştərinlərin sayının limitləşdiriməsi və sair kim meyarlar  əsasında fəaliyyətinə icazə vermək məqsədəuyğun olardı. Bura turizm və real sektorun digər sahələrini də aid etmək olar. Yəni yeni standartlar çərçivəsində  fəaliyyəti vacibdir. Biz hökumətə belə qaydalar çərçivəsində real sektorun fəaliyyətinə icazə verilməsini təklif edirik”.

Deputat onu da əlavə edib ki, bu gün hətta karatin rejimlərinin yumşaldan bəzi Qərb ölkələri yenidən  karantin rejiminin sərtləşdirilməsini müzakirə edirlər:

“Hətta bəzi ölkələr  yenidən sərtləşmə ilə bağlı qərarlar veriblər. O baxımdan  təklif edir ki, karantin rejiminin yumaşaldılması  vəziyyətə uyğun mərhələli şəkildə həyata keçirilməlidir. Ancaq bütün hallarda avqustun  5-dək real sektorda, xüsusən də ictimai iaşə obyektləri, turizm, iri ticarət mərkəzlərinin fəaliyyətə başlaması üçün yeni qaydalar hazırlanıb, başa çatdırılmalıdır.  Bu sahələrin fəaliyyətinə icazə verilməsi məqsədəuyğun olardı. Necə ki, çimərliklərlə bağlı yeni qaydalar hazırlanır. Bu da nəticə etibarı ilə iqtisadiyyatın digər sahələrinin açılımına təkan verərdi”. 

BakuCity.az

Şərhlər

Hadisələr
Dənizdə bir neftçi itkin düşüb. “Ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlu gündüz növbəsində olan zaman növbənin sonunda saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib”. BakuCity.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələ...
Ekologiya
Bakıda 11 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24,  gündüz  29-33,  Bakıda  gecə 22-24, gündüz  30-32 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşk...
Kriminal
Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalanıb. Xidməti vəzifələrinin icrası ilə əlaqədar malik olduğu statusla bir araya sığmayan hərəkətlərə yol verən, tutduğu vəzifədən öz şəxsi mənafeləri naminə istifadə edən, bu cür hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir. BakuCity.az xəbər verir ki, bunu...
Cəmiyyət
Həbs olunan general-leytenant ev dustaqlığına buraxılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. BakuCity.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. Həmçinin oxu: DSX-nin həbs edilən vəzifəliləri açıqlanıb - ADLAR Qeyd edək ki, Ə.Nağıyev və Sahil-Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş...
Ekologiya
Şix çimərliyinin bir hissəsinin abadlaşdırılması ilə bağlı paylaşılan müqayisəli fotolar sosial şəbəkələrdə maraqla qarşılanıb. BakuCity.az xəbər verir ki, paylaşımı Saleh Nəsirov adlı istifadəçi edib. Saleh Nəsirov qeyd edib ki, hər iki fotoda eyni ərazi olsa da, fərqli mənzərə var: “Yuxarıdakı şəkil: xaos, bardak, tərbiyyəsizlik, mədəniyyətsizlik, hörmətsizlik, cahillik və antisanitariya, aşağıdakı şəkil: cənnət. Bu şəkil sübüt edir ki, əgər ya...
Biznes
Paytaxtda fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndirilib. COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı və Abşeronda 2020-ci ilin avqustun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndiril...
Cəmiyyət
Rayonlara gediş-gəliş qaydaları müəyyənləşib Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə giriş-çıxış qaydaları müəyyənləşib. BakuCity.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən sərt karantin rejimin tətbiq olunan şəhər və rayonlara giriş-çıxış aşağıdakı qaydalara uyğun olaraq həyata keçiriləcək: – Yaxın qohumunun dəfnində iştirak...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Mikayılov Mikayıl Mirzəbala oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton səkiyə çırpılıb. Hadisə zamanı M.Mikayılov müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılı...
Cəmiyyət
Xəbər verdiyimiz kimi, paytaxt çimərlikləri avqustun 5-dən istifadəyə verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur. Bu da koronavirusa yoluxma riskini artırır. Bakı Şəhər İcr...