Cem Adrianın Bakı konsertinə biletlərə 30% endirim edildi - VİDEO

Cem Adrianın Bakı konsertinə biletlərə 30% endirim edildi - VİDEO

Türkiyənin məşhur müğənnisi Cem Adrianın konsertinə bilet alacaq tibb işçilərinə özəl kompaniya təşkil olunub.

Bekə ki, 26 Sentyabr tarixində "Elektra Events Hall"da baş tutaccaq Cem Adrian konsertinə biletlərin satışında bütün tibb işçilərinə özəl olaraq 30% endirim olunacaq.

Bu barədə BakuCity.az-a konsertin təşkilatçısı "Event Office"-dən məlumat verilib.

Həmçinin oxu: Məşhur muğənninin Bakı konsertinin yeni tarix bəlli oldu

"Koronavirus (Covid-19) pandemiyası ilə mübarizə etdiyimiz bugünlərdə öz həyatlarını bizim sağlamlığımız üçün təhlükəyə atan bütün tibb işçilərinə 30% endirim edəcəyik. Bu çətin günlərdə iş başında olan bütün tibb işçilərinə təşəkkür edirik", - deyə məlumatda bildirilir.

Hər bir tibb işçisinə endirimlə maksimum 2 bilet alma imkanı verilir. Konsert sonrası "after party" olacaq.

Endirimli biletlərin alınma qaydaları bunlardır:

Bileti yalnız kassalardan əldə edə bilərsini;

Bileti əldə edərkən tibbi vəsiqənizi təqdim etməlisiniz.

Qeyd edək ki, konsertin informasiya tərəfdaşı BakuCity.az saytıdır.

Cem Adrianın Bakı konsertinə biletlərə 30% endirim edildi - VİDEO, fotoşəkil-1 Cem Adrianın Bakı konsertinə biletlərə 30% endirim edildi - VİDEO, fotoşəkil-2

BakuCity.az

Şərhlər