Sərt karantin rejimi davam edəcək - AÇIQLAMA

Sərt karantin rejimi davam edəcək - AÇIQLAMA

Azərbaycanda 14 şəhər və rayonda avqustun 5-nə kimi sərt karantin rejimi tədbiq edilməkdədir.

Gündəlik yoluxanların sayında isə xeyli azalma var.

Həmçinin oxu: Azərbaycanda koronavirusdan daha 8 nəfər vəfat etdi - STATİSTİKA

Yoluxanların sayının yenidən iki rəqəmliyə düşməsi üçün sərt karantin rejimi daha bir neçə həftəlik uzadıla bilərmi?

BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev açıqlama verib.

C. İsayev bildirib ki, sərt karantin rejiminin bitməsinə 7 gün vaxt var və son nəticəyə baxıb, Operativ Qərargah qərar verəcək:

"Son nəticələr analiz edilərək yumşalmaya gedilib-gedilməyəcəyi barəsində qərar veriləcək. Sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərdə məlumatlar təhlil ediləcək, nəticəyə uyğun qərar veriləcək. Bu gün bir söz demək çətindir. Hər şey insanlarımızdan asılı olacaq. İnsanlarımız nə qədər məsuliyyətli olub, qoyulan qaydalara əməl edərsə, normal həyatımıza qayıtmaq da bir o qədər tez olar”. (konkret.az)

BakuCity.az

Şərhlər