Bayram günlərində rayona getmək istəyənlərə XƏBƏRDARLIQ

Bayram günlərində rayona getmək istəyənlərə XƏBƏRDARLIQ

Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib.

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərini rayonlarda keçirmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib.

BakuCity.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaqlar.

"İnsanların sağlamlığı təhlükə altında ola bilər. Kimsə olduğu yerdədirsə, həmin şəxs bilməlidir ki, işi bağlanırsa, uzun müddət işləməyəcəksə və rayona gedərsə, artıq bayramdan sonra geri qayıda bilməyəcək. Söhbət rayon qeydiyyatında olanlardan gedir. Bakı qeydiyyatında olanlar ümumiyyətlə rayonlara gedə bilməz. Onlar postlardan geri qaytarılacaq”, - deyə K.Əliyev xəbərdarlıq edib. (azvision.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər