"Neftçi"nin sabiq futbolçusu Uqo Barqas özünə yeni komanda tapıb.
BakuCity.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Belə ki, fransalı hücumçu Argentinanın "San Luka" komandasına keçib. 34 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2017/2018 mövsümündə "Neftçi"də çıxış etmiş Barqas "ağ-qara" forma ilə 26 oyun keçirib və 5 qol vurub. Onun son klubu isə Salvador təmsilçisi FAS olub.
BakuCity.az