Bakının tanınmış milyonçusu barədə filmin çəkilişləri davam edir - FOTO

Bakının tanınmış milyonçusu barədə filmin çəkilişləri davam edir - FOTO

“Mənəviyyat  carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “Mənəviyyat  carçısı” adlı sənədli filmin çəkilişləri davam edir.

BakuCirty.az xəbər verir ki, filmdə Musa Nağıyevin həyatı və fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin Vitse-prezidenti İsa Həbibbəyli, AMEA professoru Cəbi Bəhrəmov, Binəqədi İH müavini  Ramiz Göyüşov, Millət Vəkili Jalə Əliyeva danışıb.

Çıxış edənlər xeyriyyəçiliyin əsasını qoymuş şəxsiyyətlərdən olan Ağa Musa Nağıyevin Azərbaycanda XIX əsrin sonu XX əsrin əvvəllərində  iqtisadiyyatın  inkişafı uğrunda  ilk addımların atılmasında  tarixdəki rolu haqda, həmçinin miras qoyduğu ən böyük əsəri sayılan İsmailiyyə binasının xalqa bu günkü xidmətindən söz açaraq, bu sənət abidəsinin ermənilər tərəfindən yandırılma səbəblərinə aydınlıq gətiriblər. 

Bundan əlavə, filmdə 1920-ci ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradıqdan sonra hakimiyyətə gələn bolşeviklərin  Ağa Musa Nağıyevin də adını tarixdən silmək cəhdləri bardə, eləcə də M. Nağıyev irsinin Azərbaycanın tarixində yenidən yaşamasında nəvəsi Dilarə Nağıyevanın rolundan Millət Vəkili Ziyad Səmədzadə, Səbail Rayon YAP sədri Şəmsəddin Hacıyev, tarixçi Firdovsiyə xanım, Jurnalist Flora Xəlilzadə, AMEA Tarix İnstitutunun şöbə müdiri Nigar Axundova çıxış edəcəkdir.

Bakının tanınmış milyonçusu barədə filmin çəkilişləri davam edir - FOTO, fotoşəkil-1 Bakının tanınmış milyonçusu barədə filmin çəkilişləri davam edir - FOTO, fotoşəkil-2 Bakının tanınmış milyonçusu barədə filmin çəkilişləri davam edir - FOTO, fotoşəkil-3 Bakının tanınmış milyonçusu barədə filmin çəkilişləri davam edir - FOTO, fotoşəkil-4

BakuCity.az

Şərhlər