Bayram günlərində poçtlar işləyəcək

Bayram günlərində poçtlar işləyəcək

“Azərpoçt” MMC-nin poçt şöbələri bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.

BakuCity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin poçt şöbələrində bayram günləri ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək.

Belə ki, 31 iyul – 3 avqust tarixlərində Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33, 66; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri 09:00-dan 17:00-dək, paytaxtın Üzeyir Hacıbəyli-72 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi isə 09:00-dan 18:00-dək vətəndaşların xidmətində olacaq. 

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər