“Sarı qızdırma” üçün dərman yaradıldı

“Sarı qızdırma” üçün dərman yaradıldı

Sinqapur alimləri “sarı qızdırma” üçün hazırladıqları eksperimental dərman preparatının klinik sınaqlarının birinci mərhələsinin uğurla başa çatdığını elan ediblər.

BakuCity.az xəbər verir ki, tədqiqatın nəticələri “New England Medicine Journal”da dərc edilib.

Qeyd olunub ki, dərman virusa yönəlmiş monoklonal anticisimdir. Bu cür dərmanları hazırlamaq  və sınaqdan keçirmək ümumiyyətlə bir neçə il çəkir. Lakin Massaçusets Texnologiya İnstitutunun (MIT) Sinqapur alyansının tibb üzrə alimləri bu dərmanı yeddi aya hazır ediblər.

Bir çox hallarda ölümlə nəticələnən “sarı qızdırma” kəskin virus xəstəliyidir.

O, əsasən tropik və subtropik ölkələrdə ağcaqanadlar vasitəsi ilə yayılır. Xəstəlik yüksək hərarət, ümumi vəziyyətin ağırlaşması, ağız nahiyəsində, mədə və bağırsaqda qanaxma, qaraciyər və böyrəklərin zədələnməsi ilə müşayiət olunur. (report)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər