Çimərliklərlə bağlı nə yenilik var? - AÇIQLAMA

Çimərliklərlə bağlı nə yenilik var? - AÇIQLAMA

“Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq fəaliyyətinə qadağa qoyulan daha bir sahənin açılması müzakirə olunur”. 

BakuCity.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva mətbuat konfransında deyib.

Yaqut Qarayeva bildirib ki, çimərliklərin açılması və ondan sonra irəli gələ biləcək tədbirlər Operativ Qərargahda müzakirə olunur:

"Çimərliklərə getməklə orada hansı qaydalara əməl olunması, istirahət edənlərin hansı məsafədə olacağı müzakirə olunur. Qərar qəbul olunan kimi Operativ Qərargah tərəfindən ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək. Hazırda dəqiq qərarı deyə bilmərəm".

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər