Cəlal İsayev: Karantin rejiminin yumşaldılması ilə bağlı tələsmək olmaz

Cəlal İsayev: Karantin rejiminin yumşaldılması ilə bağlı tələsmək olmaz

"Karantin rejiminin yumşaldılması ilə bağlı tələsmək olmaz".

Üç gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb. Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanların gündəlik sayı, bu virusa gündəlik yoluxanları üstələməkdədir.

Belə olan halda, sərt karantin rejimin davam etdirilməsinə ehtiyac varmı? Rayonlara gediş-gəliş qadağası aradan qaldırıla bilərmi? Yumşalmalar əvvəl olduğu kimi yenidən yoluxmaların artımasına səbəb ola bilməzmi?

BakuCity.az-ın verdiyi məlumata görə, ölkənin baş infeksionisti Cəlal İsayevhələ tələsməməyi məsləhət görüb:

“Gündəlik yoluxma sayı son günlərdə 300-ə enib. Qarşıda hələ prosesləri izləmək üçün bir neçə gün var. Bu qalan müddət də, bu tendensiya davam edərsə, hesab edirəm ki, müəyyən yumşaldılmalara gediləcək. Amma bu ymşaldılmaların mahiyyəti nə olacaqsa, o barədə qərarı Opertiv Qərargah verəcək. Amma buna qədər, yəqin ki, rayonlarda olan situasiyalar da öyrəniləcək. Bundan sonra bu barədə qərar veriləcək”.

Qeyd edək ki, COVİD-19 pandmeiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi umumilikdə uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılıb, amma bu əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazı almalı olurlar. Bu arada işsiz və karantində işini itirən təqribən 600 min ölkə vətəndaşına aprel və may aylarında 190 manat birdəfəlik yardım verildiyi açıqlandı. Sonrakı ayda da Bakı kimi karantinin sərtləşdirildiyi bəzi bölgələrdə bu yardımın verilməsi davam etdi.

Hökumət pandemiyanın ölkə iqtisadiyyatına, biznes və məşğulluğa ziyanının ardan qaldırılması üçün 3,5 milyard manatlıq paket olduğunu açıqlayıb. Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 17 milyon 788 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq, 683 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfərin müalicə olunaraq sağaldığı, 448 nəfərin də vəfat etdiyi açıqlanıb.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər