Bakıda çimərliklərdəki yerlər üçün onlayn sifariş sistemi istifadəyə verilib.
BakuCity.az xəbər verir ki, test rejimində işləyən cimerlik.az portalına bu günə qədər ümumilikdə 1500 yer olmaqla Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub.
Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan keçərək növbə tutmaq mümkün olacaq.
Saytda onlayn olaraq pulsuz yerlərin sayı olan çimərliklərin siyahısı da var.
BakuCity.az