Bakıda avqustun 5-dən sonra bu mağazalar açıla bilər

Bakıda avqustun 5-dən sonra bu mağazalar açıla bilər

"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir".

BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

N. Seyidov bildirib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb kimi göstərilmir:

"Paltar mağazalarına yalnız ehtiyacı olanlar gedir, amma istənilən halda bu mağazalarda maskadan istifadə və gigiyena qaydalarına riayət olunması təmin edilməlidir".

Qeyd edək ki, bəzi şəhər və rayonlarda tətbiq edilən sərtləşdirilmiş karantin rejmi avqust ayının 5-də, ölkə üzrə xüsusi karantin rejmi isə 31-də sona çatacaq.

Avqustun 5-dən sonra Bakı və digər bölgələrdə karantin rejimi ilə bağlı bəzi yumşalmaların olacağı gözlənilir. (baku.ws)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər