Bakıda sakinlər etiraz edir - VİDEO

Bakıda sakinlər etiraz edir - VİDEO

Nəsimi rayonu, Abbas Səhhət küçəsinin  sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər. 

BakuCity.az xəbər verir ki, sakinlər bildirirlər ki, adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər.

Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir.

Sakinlər bildirirlər ki, tikinti şirkətinin əməkdaşları kompensasiya ödəməkdən də boyun qaçırırlar. Həmçinin,onların heç bir hüquqi sənədinin olmadığı da bildirirlər.

Sakinlər qeyd edir ki, 1 həftəyə evlərini tərk etmələri ilə bağlı onlara təzyiqlər olunur.  (baxar.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər