İyul və avqust ayları üçün 190 manat kimə verilə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 13 şəhər və rayonda şərh karantin rejimi avqustun 31-nə kimi uzadılıb.

Sərt katantin rejiminə görə bir çox müəssisələrin fəaliyyəti dayandırılıb. Aprel-may ayında bütün bölgələr üzrə 190 manat bir dəfəlik müavinət verilsə də iyun ayında yalnız sərt karantin rejimi tətbiq edilən rayonlarda qeydiyyatda olanlara verildi. Elə insanlar var ki, sərt karantin rejimi tətbiq edilməyən rayonda qeydiyyatda olsa da, Bakıda yaşayır və işsizdir.

Avqust ayında 190 manat birdəfəlik müavinət Bakıda yaşayan digər rayon qeydiyyatında olan şəxslərə verilə bilərmi?

BakuCity.az xəbər verir ki, bununla bağlı KONKRET.az-a danışan deputat Əli Məsimli bildirib ki, İqtisadiyyat Nazirliyi sahibkarlar arasında sosioloji sorğular aparıb və pandemiyanın təsirinə məruz qalan sahibkarların düşdüyü vəziyyəti öyrənib:

“Güman edirik ki, həmin sosioloji sorğuların nəticələri sahibkarlara dövlət dəstəyinin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bu baxımdan həmin sorğuları təqdir edirik və nəticələrə müsbət təsir edəcəyini arzulayırıq. Bu üsulu 190 manatla bağlı yardım ətrafında yaranan vəziyyətə də şamil etmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 190 manatla bağlı şikayətlər araşdırılır. Həmin araşdırmalarla yanaşı təklif edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də işsizlər, eləcə də pandemiya nəticəsində işlərini itirənlər, digər aztəminatlı təbəqələr arasında sosioloji sorğular keçirsin. Onda məlum olacaq ki, günəmuzd işləyənlər, iş yerləri bağlandığından işlərini itirənlər və digər aztəminatlılar nə vəziyyətdədir”.

Deputat qeyd edib ki, 190 manatlıq yardım əvvəlcə 200 min nəfər üçün nəzərdə tutulsa da, sonradan say 600 min nəfərə çatdırıldı və bu məqsədlə 229 milyon manat xərclənildi:

“Sonra iyun ayı üçün 190 manatlıq müavinət təqribən 300 min nəfərə yaxın adama tətbiq edildi və bu məqsədlə 55 milyon manat, aprel-may-iyun aylarıda isə imkansızlara 190 manat verilməsi üçün ümumi 284 milyon manat pul paylanıldı. Bu, pandemiyaya qarşı mübarizə üçün nəzərdə tutulan 3,5 milyard manatlıq paketlərin ümumi məbləğinin cəmi 8 faizi qədərdir. Hesab edirik ki, əgər sərt karantin rejimi ilə “evdə qal prinsipi” tətbiq olunmaqda davam edirsə, imkansız vəziyyətə düşən insanlara iyul və avqust ayları üçün də 190 manatın verilməsi davam etdirilməlidir. Eyni zamanda heç bir səbəb olmadan aprel ayından sonra növbəti aylarda 190 manat almağa hüququ çatsa da, almayan insanların məsələsinə yenidən baxılıb, kompensasiya ilə təmin olunmalıdır”.

Əli Məsimli vurğulayıb ki, kartlarına 190 manat köçürülsə də, həmin pulu vaxtında çıxarmayan insanların da kartının blokdan açılmasını zəruri hesab edirik:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə xeyirxah addım atmaq niyyətindədir. Bloklanmış kartlar problemi nə qədər tez həll olunsa, Nazirliyin imici üçün bir o qədər yaxşı olar. İndi işlərini itirib rayona gedə bilməyənlər hesabına işsizlərin xeyli hissəsi Bakıda cəmləşib. Eyni zamanda vətəndaş10-15 il faktiki olaraq Bakıda yaşayır və aprel-may aylarında 190 manat alsa da, sonradan sərt karantin rejimi regional kəsimdə tətbiq ediləndə həmin yardım kəsilib.Bu məsləyə də aydınlıq gətirilsə, yaxşı olar”.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur". BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan "Facebook"da yayınlanan "Sosial saat" verilişində deyib.  Ayxan Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilərin yaş həddi 65, qadınların is...
Siyasət
Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb. BakuCity.az xəbər verir ki, bu barədə real uçuşları qeydə alan flightradar24.com saytında məlumat verilib. Bildirilib ki, aparatların uçuşu səhər saatlarından başlayıb və hələ də davam edir. Türkiyə PUA-larının kəşfiyyat uçuşlarının Tovuz istiqamətində hərbi gərginliklə bağlı olduğu qeyd edilib. (modern.az) BakuCity.az
Siyasət
“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”. BakuCity.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Üzeyir Cəfərov Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib. “Prezidentin də dediyi kimi, əgər danışıqlar prosesi nəticə vermirsə, geriyə sadəcə problemin hərbi yolla həll olunması məsələsi qalır. Artıq silahlar danışmalıdır. Dün...
Cəmiyyət
İlk səfərbərlik qrupu yola düşüb.  Xəbər verdiyimiz kimi Dövlət Səfərbərlik Xidmətinin yaydığı məlumata görə, bu gündən Azərbaycan ordusunun ehtiyatda olan hərbi qulluqçuları təlim keçmək üçün çağırılır. Həmçinin oxu: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı – ÇAĞIRIŞ BakuCity.az xəbər verir ki, artıq Ağdaş rayonundan ilk qrup yola düşüb. (parla) BakuCity.az
Cəmiyyət
Erməni ordusu təxribat törətməkdə davam edir. Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. BakuCity.az xəbər verir ki, təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 s...
Siyasət
Mənasız danışıqlar bitdi! “Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Amma Ermənistan tərəfi hər bir yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal siyasətini davam etdirməyə çalışıb. Ölkə başçısı son çıxışında bu məsələyə xüsusilə toxundu və artıq danışıqlar prosesini uzanmasının mənasız olduğunu bildirdi”. BakuCity.az xəəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millə...
Cəmiyyət
Tovuz istiqamətində düşmən növbəti dəfə təxribat törədib. Bu gün saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Həmçinin oxu: Azərbaycan Ordusunun çavuşu şəhid oldu BakuCity.az xəbər verir ki, Şəhid olan kiçik çavuş Məmmədov Elşən Əli oğlu Tovuzun Qaziqulu kəndin...
Cəmiyyət
Vəziyyət gərginləşir. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. Amma bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və düşmən ağır itkilərə məruz qalıb. BakuCity.az xəbər verir ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində...
Cəmiyyət
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. BakuCity.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtə...