TƏBİB bu görüntülərdəki həkimi cəzalandırdı - VİDEO

TƏBİB bu görüntülərdəki həkimi cəzalandırdı - VİDEO

Sosial şəbəkələrdə video yayan həkim cəzalandırılıb.

Qazax rayon Təcili Tibbi Yardım Xidmətinin həkimi sosial şəbəkələrdə video yayaraq, Təcili Yardım binasının yararsız vəziyyətdə olması ilə bağlı iddialar səsləndirib.

Sözügedən hadisədən sonra həkimin TƏBİB tərəfindən şiddətli töhmət alması ilə bağlı məlumat yayılıb.

BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva faktı təsdiqləyib.

“Qazax RMX-nın məlumatına əsasən, Sevda Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum video səbəbindən yanlış məlumatlar yayaraq, əhali arasında çaşqınlıq yaratmaq və görülən işlərə kölgə saldığına görə 30 iyul tarixində şiddətli töhmət alıb”, - deyə R. Əliyeva bildirib. (redaktor.az)

BakuCity.az 

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər