Bakıdaki bu bina sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə ən çox müzakirələrə səbəb olan paytaxt binası.

Bakının Günəşli qəsəbəsində illərdir sakinlərin yaşadığı binanın üzərində yenidən əlavə mərtəbənin tikilməsi ictimai müzakirələrə səbəb olub. Həmin binada yaşayan bir neçə sakin də bundan narazılığını bildirib.

BakuCity.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedərək məsələ ilə bağlı tikinti işlərini aparan şirkətdən münasibət öyrənib.

Tikintini həyata keçirən "A.R.&Ko" MMC-nin rəsmisi, iş icrası Sədi Mirzəyev bildirib ki, vaxtilə “Badükübə” şirkəti tərəfindən tikintisi aparılan bu bina 16+1 mərtəbəli nəzərdə tutulub:

“Layihə də, binanın təməli də buna uyğun nizamlanıb, sonrakı tikinti işləri də bu layihəyə uyğun aparılıb. 2012-ci ildə müəyyən səbəblərdən 15-ci mərtəbədən sonra binanın tikintisi dayandırılıb. Buna görə də binadan mənzil alan 12 nəfər zərərçəkmiş evsiz qalıb. Məhkəmənin qərarı ilə 16-cı mərtəbədə tikinti işləri aparılır. Artıq 6 nəfər zərərçəkmiş mənzillə təmin olunub. Avqustun 4-də də bütün aidiyyatı qurumlar gəlib yerində yoxlama aparıb, sənədlərə təkrar baxış keçiriblər. Bütün sənədlər, hər şey qaydasındadır. Biz bu işləri dövlətin qərarı və tapşırığı ilə görürük”.

S.Mirzəyev tikinti zamanı binada yaşayan şəxslərin həyatı üçün hər hansı təhlükənin olub-olmamasından danışıb:

“İşlərin demək olar ki, 90 faizi görülüb. Beton tökmə, divarların hörülməsi başa çatıb. İndi yalnız suvaq işləri və digər xırda işlər qalıb. Hazırda tikinti davam edir. Bacardığımız qədər maksimal normada tikinti və təhlükəsizlik qaydalarına riayət edirik. Binanın tikintisi 2006-cı ildə başlayıb, 2012-ci ildə isə dayandırılıb. 2019-cu ilin sonunda bizə tikintini davam etdirmək üçün icazə verilib və tikintiyə başlanılıb. Binanın uşaq əyləncə yerləri və fasadın təmiri ilə birgə tam təhvil verilməsi ilin sonunda, amma mənzillərin tikilib təhvil verilməsi oktyabrda başa çatacaq”.

Binada bir çox mənzil hazırda boşdur və o mənzillərin pəncərələri belə yoxdur. Bu mənzillər bir neçə şəxsə satılan və hazırda məhkəmə çəkişməsində olan evlərdir.

Qeyd edək ki, sözügedən binanın tikilməsi bir neçə cinayət işinə səbəb olub və sonda qətllə nəticələnib. Belə ki, ilk olaraq “Badü-Kübə” MTK-nın təsisçiləri Nəsib Əliyev və Zaur Cabbarov müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətəndaşa təkrarən sataraq 3,9 milyon manat pulu mənimsəyiblər. İstintaq materiallarına görə, "A.R.&Ko" MMC-nin direktoru Asif Əsədullazadə də "Badu-Kübə" MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətəndaşa təkrarən sataraq 632 min manat ələ keçirib. “Bandotdel”in apardığı istintaq nəticəsində hər üç şəxs həbs olunub. Daha sonra Ədalət Qəmbərov adlı şəxs MTK-ya direktor təyin olunub.

Bundan sonra A.ƏSədullazadənin oğlu Türkel Əsədullazadə Ədalət Qəmbərova bildirib ki, N.Əliyev və Z.Cabbarovala olan razılaşmaya görə, hazır binadan ona 3500-4000 kv.m yaşayış sahəsi verilməlidir. Ədalət Qəmbərov isə Əsədullazadələrdən binanın tikintisində onların payçı olmasını sübut edən sənədləri tələb edib. Amma Əsədullazadələr bu sənədləri toplaya bilmədiyi üçün məsələ münaqişəyə çevrilib. 2010-cu ilin iyunun 5-də elə həmin binada Türkel Əsədullazadə atasının ov tüfəngi ilə Ədalət Qəmbərovun mühafizəçisi Samid Məmmədovu güllələyərək öldürüb. Bundan sonra da binanın tikintisi dayandırılıb. İndi isə binanın əlavə mərtəbəsini Asif Əsədullazadənin şirkəti davam etdirir.

Türkel Əsədullazadə məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Nəsib Əliyev isə “MTN işi”ndə zərərçəkmiş kimi tanınıb və ifadəsində general Akif Çovdarovun tələbi ilə yeni tikilən binadan MTN-nin müəyyən etdiyi adamlara 19 mənzil, 4 qaraj, 3 qeyri-yaşayış sahəsi (market) və 1 zirzəmi verdiklərini, həmin evlərin isə bundan əvvəl başqa şəxslərə satılmış evlər olduğunu deyib.

Məhkəmənin hökmü ilə N.Əliyev 13 il, Z.Cabbarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Asif Əsədullazadəyə isə şərti cəza verilərək azadlığa buraxılıb.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Düşmənin itkiləri ilə bağlı daha bir görüntü yayılıb.  BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda çox sayda erməni əsgərlərinin meyitinin yük maşınları ilə daşındığı əks olunub.  Hərbçilər meyitləri döyüş bölgəsindən çıxararaq arxa cəbhəyə göndərir.  Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atə...
Siyasət
Ermənistanın kameralarına hücum edilərək himnimiz və erməni dilində xüsusi mətn səsləndirilib. BakuCity.az xəbər verir ki, hadisə Yerevanda yerləşən "Tea & Coffee Planet" dükanında baş verib. Azərbaycanlı hakerlərin sayəsində sözügedən mağazanın kamerası sındırılaraq, orada erməni dilində məlumatlar səsləndirilib. Həmin məlumatlarda cəbhədən ən son və doğru xəbərlər, Qarabağdakı Ermənistan hərbçiləri arasında çoxsaylı itkilər barədə dürüst xəbərlər səslənd...
Siyasət
"Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır”. BakuCity.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. Prezident bildirib ki, bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur.  Həmçinin oxu: Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı "7 şərt qoyub bizə qarşı. Biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var: Qeyd-şərtsiz və dərhal bizim torpaqlarımızdan çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir. Bu şərtimə Erməni...
Siyasət
Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq edib. BakuCity.az xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.  BakuCity.az
Cəmiyyət
Ermənilərin dinc əhaliyə qarşı terror əməllərini davam edir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizdə dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. BakuCity.az xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nə...
Cəmiyyət
Kocaeli şəhərində avtobuslarda Azərbaycana dəstək şüarı yerləşdirilib. “Dost və qardaş dəstəyini ifadə etmək üçün Türkiyənin Kocaeli şəhərində avtobusların elektron tablolarında Azərbaycan və Türkiyə bayraqları eləcə də “Tək millət iki dövlət” şüarı əks olunub”. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. “Birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Kocaelidən olan əziz həmkarlarımıza sonsuz təşəkkürlərimizi bildiriri...
Cəmiyyət
Şərti açıqlanəb. 2020-ci il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin verdiyi şikayətə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq qərar qəbul edib. Həmin qərarda Avropa Məhkəməsi Ermənistanı və Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir. Bu barədə BakuCity.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Beləli...
Siyasət
Rusiya Azərbaycanla Ermənistanı atəşkəsə çağırıb. BakuCity.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb. BakuCity.az
Siyasət
Ordumuzun ələ keçirdiyi düşmən texnikalarının görüntüləri yayılıb. Ordumuzun Füzuli istiqamətində uğurlu əməliyyatı nəticəsində düşmənin əldə edilən texnikaları ilk dəfə görüntülənib. BakuCity.az xəbər verir ki, REAL TV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, onlar "UAZ” və "URAL” markalı yük və piyada daşımaq üçün istifadə edilən maşınlardır. Xatırladaq ki, bu gecə Azərbaycan Ordusu Füzuli istiqamətində növbəti uğurlu əks-hücum...