Bakı çimərliklərindən görüntülər – FOTO

Paytaxtdakı çimərliklər fəaliyyətə başlayıb.

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.

BakuCity.az xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilmiş qruplar tərəfindən paytaxtın rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər təhkim edilib. Hər bir çimərlik operatoru tərəfindən də cavabdeh ayrılıb.

Həmçinin oxu: Bakıda çimərliklər açıldı

Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb.

Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə mütəmadi xəbərdarlıq edilir.

Həmçinin ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələləri həll edilib. Kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edəcəklər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb.

Yay mövsümü başa çatana kimi çimərliklərin fəaliyyəti Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanacaqdır. Burada görülən bütün işlərin əsas məqsədi vətəndaşlarımızı xəstəliyə yoluxmaqdan qorumaqdır.

Həmçinin oxu: Bakıda çimərliklər açılır: yalnız bu çimərliklərdə çimə bilərsiniz

Buna görə də icra qurumları nümayəndələri tərəfindən bütün lazımı tədbirləri görülür. Lakin ən əsas məsələ vətəndaşlarımızın üzərinə düşür. Onlar diqqətli olmalı, pandemiyadan özlərini və ailə üzvlərini qorumaq üçün mövcud qaydalara ciddi riayət etməlidirlər.

Qeyd edilməlidir ki, keçən il paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların İDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və digər çimərliklərə alternativ olaraq 6 yerdə - “Şıx” çimərlik ərazisində, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində hər cür şəraiti olan pulsuz ictimai çimərliklər yaradılıb.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Düşmənin itkiləri ilə bağlı daha bir görüntü yayılıb.  BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda çox sayda erməni əsgərlərinin meyitinin yük maşınları ilə daşındığı əks olunub.  Hərbçilər meyitləri döyüş bölgəsindən çıxararaq arxa cəbhəyə göndərir.  Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atə...
Siyasət
Ermənistanın kameralarına hücum edilərək himnimiz və erməni dilində xüsusi mətn səsləndirilib. BakuCity.az xəbər verir ki, hadisə Yerevanda yerləşən "Tea & Coffee Planet" dükanında baş verib. Azərbaycanlı hakerlərin sayəsində sözügedən mağazanın kamerası sındırılaraq, orada erməni dilində məlumatlar səsləndirilib. Həmin məlumatlarda cəbhədən ən son və doğru xəbərlər, Qarabağdakı Ermənistan hərbçiləri arasında çoxsaylı itkilər barədə dürüst xəbərlər səslənd...
Siyasət
"Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır”. BakuCity.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. Prezident bildirib ki, bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur.  Həmçinin oxu: Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı "7 şərt qoyub bizə qarşı. Biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var: Qeyd-şərtsiz və dərhal bizim torpaqlarımızdan çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir. Bu şərtimə Erməni...
Siyasət
Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq edib. BakuCity.az xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.  BakuCity.az
Cəmiyyət
Ermənilərin dinc əhaliyə qarşı terror əməllərini davam edir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizdə dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. BakuCity.az xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nə...
Cəmiyyət
Kocaeli şəhərində avtobuslarda Azərbaycana dəstək şüarı yerləşdirilib. “Dost və qardaş dəstəyini ifadə etmək üçün Türkiyənin Kocaeli şəhərində avtobusların elektron tablolarında Azərbaycan və Türkiyə bayraqları eləcə də “Tək millət iki dövlət” şüarı əks olunub”. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. “Birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Kocaelidən olan əziz həmkarlarımıza sonsuz təşəkkürlərimizi bildiriri...
Cəmiyyət
Şərti açıqlanəb. 2020-ci il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin verdiyi şikayətə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq qərar qəbul edib. Həmin qərarda Avropa Məhkəməsi Ermənistanı və Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir. Bu barədə BakuCity.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Beləli...
Siyasət
Rusiya Azərbaycanla Ermənistanı atəşkəsə çağırıb. BakuCity.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb. BakuCity.az
Siyasət
Ordumuzun ələ keçirdiyi düşmən texnikalarının görüntüləri yayılıb. Ordumuzun Füzuli istiqamətində uğurlu əməliyyatı nəticəsində düşmənin əldə edilən texnikaları ilk dəfə görüntülənib. BakuCity.az xəbər verir ki, REAL TV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, onlar "UAZ” və "URAL” markalı yük və piyada daşımaq üçün istifadə edilən maşınlardır. Xatırladaq ki, bu gecə Azərbaycan Ordusu Füzuli istiqamətində növbəti uğurlu əks-hücum...