"Azərbaycanda pensiya alanların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya alması hədəflənir".
BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Sahil Babayev bunun birbaşa əməhaqqı bazarından asılı olduğunu deyib.
"Əməkhaqları tam leqallaşmalı və burdan toplanan sosial sığorta haqları vətəndaşlara pensiya olaraq ödənilməlidir", - deyə nazir bildirib.
BakuCity.az