190 manatın bu şəxslərə verilməsi dayandırıldı

 190 manatın bu şəxslərə verilməsi dayandırıldı

"Ölkə üzrə təxminən 13 min insanın 190 manatlıq birdəfəlik ödəmədən sonra yenidən bu dəstəkdən yararlanması ləğv edilib".

BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Sahil Babayevin sözlərinə görə, onlardan 3 minində müxtəlif gəlir mənbələri aşkar edilib:

"Sosial şəbəkələrdə haqlarında məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu onların haqqı idi. Növbəti aylardan isə bu dəstək dayandırıldı". 

Nazir qeyd edib ki, ödəmə verilməsi dayandırılan daha 10 min insan olub:

"Bura həm də iş yeri taparaq əmək müqaviləsi imzalayanlar daxildir. Sonrakı aylarda ictimai iş yeri tapanlar üçün də ödəmə dayandırıldı. Başqa tərəfdən isə SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcbur əmək müqaviləsi imzalamalı oldular. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb".

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər