Suraxanıda yolların yenilənməsi işlər davam etdirilir - FOTO

Suraxanıda yolların yenilənməsi işlər davam etdirilir - FOTO

Paytaxtın Suraxanı rayonu ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.

BakuCity.az xəbər verir ki, son 10 ayda Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri sakinlərin yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Bu dövr ərzində əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə rayonun qəsəbələrində 485 000 kv.m o cümlədən, Hövsan qəsəbəsində Südçülük sovxozu adlandırılan yaşayış sahəsində 18 000 kv.m, Donuzkökəltmə sovxozu adlandırılan yaşayış sahəsində 18 000 kv.m, O.Şabanov küçəsində 5 800 kv.m, Elman Qasımov küçəsində 17 710 kv.m, Dənizkənarı küçəsində 8 000 kv.m, İbiş Məmmədov küçəsində 5 100 kv.m, Məktəbli küçəsində 4 140 kv.m, Məktəbli küçəsindən qəbiristanlığa gedən yolda 3 955 kv.m, M.Ş.Vazeh küçəsində 6 700 kv.m, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsindən Məscidə gedən yolda 11 820 kv.m asfalt örtüyü salınıb.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 №-li Yol istmarı MMC tərəfindən Hövsan qəsəbəsində Baxça küçəsində əsaslı təmir işləri aparılaraq 5500 kv.m ərazidə yeni asfalt örtüyü vurulur.

Rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri mərhələli şəkildə aparılır.

Suraxanıda yolların yenilənməsi işlər davam etdirilir - FOTO, fotoşəkil-1 Suraxanıda yolların yenilənməsi işlər davam etdirilir - FOTO, fotoşəkil-2 Suraxanıda yolların yenilənməsi işlər davam etdirilir - FOTO, fotoşəkil-3 Suraxanıda yolların yenilənməsi işlər davam etdirilir - FOTO, fotoşəkil-4

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər