Yay mövsümünün bitməsinə az vaxt qalmasına baxmayaraq, Bakıda kirayə qiymətləri yüksəkdir.
BakuCity.az xəbər verir ki, ötən illə müqayisədə bu il bağ evlərinin kirayə qiymətləri 2-3 dəfə artıb.
Tətbiq olunan karantin rejimi, rayonlara gediş-gəlişin məhdudlaşdırılması Bakıda istirahət etmək istəyənlərin bağ evlərinə tələbatını artırıb. Tələbatın artdığını görən əmlak sahibləri isə qiymətləri yüksəldirlər.
Hazırda Bakıda bağ evlərinin günlük kirayə qiymətləri ən ucuz 150-200 manatdan başlayır. Bağ evinin qiyməti evin yerləşdiyi əraziyə, hovuzun böyüklüyünə, avadanlıq təchizatına və dənizə yaxınlığına görə dəyişir.
Bağ evini aylıq kirayələmək istəyənlər isə daha çox xərc çəkməlidirlər. Bakıda bağ evlərinin aylıq ən ucuz kirayə qiymətləri 2 min manatdan başlayır və 14 mindən də yuxarı qiymətlərə də rast gəlmək olur. (trend)
BakuCity.az