COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi

COVID-19 infeksiyasının ürəyə təsirləri barədə aparılan elmi tədqiqatın nəticələri məlum olub.

BakuCity.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

Nuran Abdullayevin sözlərinə görə, virusun ürəkdə yaratdığı problemlərlə bağlı müxtəlif elmi tədqiqatlar aparılsa da, son günlər bununla bağlı çox vacib məqamlara toxunulan elmi tədqiqatlar həyata keçirilib.

Azərbaycanlı alim bildirib ki, sözügedən elmi tədqiqatlardan ən mühümü də Almaniyada virusa yoluxan və virusu yüngül keçirən şəxslər üzərində aparılıb:

"Elmi tədqiqatla COVID-19-u yüngül simptomla keçirən xəstələrin ürəyində virusun təsirindən müxtəlif patoloji dəyişikliklər aşkarlanıb.

Elmi tədqiqat virusa yoluxduqdan təxminən 71 gün sonra 100 xəstə üzərində aparılıb. Tədqiqata daxil edilən şəxslərin 60 faizinin ürək əzələlərində iltihab prosesinin müxtəlif mərhələsində olan dəyişikliklər öz əksini tapıb.

Tədqiqatla bir daha sübut olunub ki, COVID-19 virusu insanlarda xəstəliyin ağır keçməsindən və yanaşı xəstəliklərin olmasından asılı olmayaraq ürəkdə fəsadlar əmələ gətirə bilir. Bir daha qeyd etmək istəyirəm ki, tədqiqatda qeyd olunub ki, yanaşı xəstəliklərin olmasından asılı olmayaraq COVID-19 virusu ürəkdə uzunmüddətli fəsadlar yaradır".

N.Abdullayev qeyd edib ki, tədqiqata daxil edilən koronavirus xəstələrindən 67 nəfəri yüngül simptomlarla ev şəraitində müalicə olunub:

"18 xəstədə kəskin mərhələdə heç bir şikayət qeydə alınmayıb. Cəmi iki xəstə süni tənəffüs cihazına qoşulub. 28 xəstənin isə əlavə oksigen qəbuluna ehtiyacı yaranıb. Bu xəstələrin sağaldıqdan sonra 36 faizi ümumi əzginlikdən və təngnəfəslikdən əziyyət çəkdiyi, 17 nəfərin isə döş qəfəsində yüngül ağrıların olduğu müəyyən olunub".

Tibb elmləri doktoru vurğulayıb ki, tədqiqata daxil olan xəstələrin heç birində öncədən ürək çatışmazlığı və kardiomiopatiya olmayıb:

"Müayinələrdən sonra bu xəstələrin 60 faizində iltihabın müxtəlif mərhələdə olan fəsadlarına ürək əzələsində və perikartda rast gəlinib.

Bundan əlavə tədqiqatın maraqlı nəticəsindən biri də odur ki, koronavirusa yoluxan bütün xəstələrin ürəyinin funksiyasına baxılıb və məlum olub ki, virusu keçirən insanların ürəyinin funksiyası virusu keçirməyən başqa kontrol qrupla müqayisədə aşağıdır".

"Ümumiyyətlə, tədqiqat bizə onu deməyə əsas verir ki, insanlar COVID-19-u yüngül keçirmələrinə baxmayaraq, uzunmüddət ürək və damar sahəsində çalışan həkimin nəzarətində olmalıdırlar və ürəkdə ola biləcək yuxarıdakı dəyişikliklərə görə də kardioloqlar tərəfindən mütəmadi olaraq müayinələr aparılmalıdır.

Bunu mən hələ dörd ay bundan əvvəl elmi yazılarımda da bildirmişdim ki, COVID-19 virusu bu xəstəliyin necə keçməsindən asılı olmayaraq ürəkdə müəyyən təsirlər qoymaq potensialına malikdir və buna görə də ürək həkimləri maksimum diqqətli olmalıdırlar.

Artıq bu təsirlər elmi tədqiqatlarla da bir daha sübut edildi. Yekun nəticə isə odur ki, virusu yüngül keçirənlər heç də bu günə qədər deyildiyi kimi xəstəliyi fəsadsız keçirmir.

Onların ürəklərində müəyyən problemlər yaranır ki, bu da gələcəkdə ağır nəticələrə və hətta ölümə belə gətirib çıxaracaq aritmiyalara səbəb ola bilər.

Ona görə də "virusu yoluxsam da, cavan yaşdayam və yüngül keçirəcəm" deyə düşünmək düzgün deyil, maksimum dərəcədə qorunmaq lazımdır ki, virusa yoluxma ümumiyyətlə baş verməsin. Bunun üçün də qoyulan qayda-qanunlara riayət etmək mütləqdir", - deyə N.Abdullayev bildirib. (trend)

BakuCity.az

Şərhlər

Siyasət
"Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır....
Siyasət
Düşmənin növbəti iki tankı məhv edilib.  Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qar...
Siyasət
Ermənistan ordusunun daha bir zabiti məhv edilib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan ordusunun daha bir zabitinin məhv edilməsi haqda açıqlama verib. BakuCity.az xəbər verir ki, məlumatda deyilir: "İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv...
Cəmiyyət
Əsgərlərimiz qələbə şüarları ilə cəbhəyə yola salınıb. BakuCity.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur. Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır. BakuCity.az
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. “İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirir. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda...
Cəmiyyət
Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov da cəbhəyə yollanıb. BakuCity.az xəbər verir ki, bu barədə İlkin Əhmədov özü məlumat verib. Xanəndə bildirib ki, hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir: "Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm. Düzdür, indi arxa cəbhədəyəm, amma birazdan telefonuma zəng ç...
Cəmiyyət
“Martuni” motoatıcı alayı darmadağın edilib. Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşm...
Cəmiyyət
Erməni işğalı altında olan Xankəndi şəhərinin yeni gecə görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, müharibədən bir neçə gün əvvəl işıqlı görünən şəhər, hazırda qaranlığa qərq olub. (oxu.az) BakuCity.az
Cəmiyyət
Xəbər verriyimiz kimi, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib. AzTV işğaldan azad edilən Talış yüksəkliklərindən ilk görüntüləri lentə alıb. BakuCity.az