Metro və avtobuslarla bağlı AÇIQLAMA

Metro və avtobuslarla bağlı AÇIQLAMA

"Bir çox ölkələrin strategiyasında məhz nəqliyyatın məhdudlaşdırılmasından istifadə olunur ki, yoluxma artmasın. Biz də buna məcburuq".

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.

Şahmar Mövsümov bildirib ki, metroda virusun yayılması ehtimalı daha yüksək olduğuna görə hələlik açılması müzakirə olunmur.

"Avtobusların sıxlıq olan yerlərə yönəldilməsi həyata keçirilir. Vətəndaşlardan xahiş edirəm ki, planlarını elə qursunlar ki, sıxlığa düşməsinlər. “Ças-pik” saatlarını nəzərə alsınlar", - deyə Şahmar Mövsümov əlavə edib.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər