Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

Bakıda polisə soyuq silahla xəsarət yetirilib.

BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb.

Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Hər iki şəxs həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır. (report)

BakuCity.az

Şərhlər