Son bir həftədə Azərbaycanda koronavirusa gündəlik yoluxma sayında azalma müşahidə olunur.
BakuCity.az xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi infoqrafika yayıb.
Belə ki, avqustun 3-də qeydə alınan yoluxma sayı 241 olubsa, avqustun 9-da bu rəqəm 87-yə düşüb.
Xatırladaq ki, hazırda ölkədə 2 714 aktiv koronavirus xəstəsi var.
Bu günə qədər koronavirusa yoluxanların sayı 33 568 nəfər təşkil edib ki, onlardan 30 364 nəfəri artıq sağalıb. Ümumilikdə 490 nəfər dünyasını dəyişib.