Millimizin yeni baş məşqçisi Bakıya gəldi

Millimizin yeni baş məşqçisi Bakıya gəldi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Bakıya gəlib.

BakuCity.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” -  “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

64 yaşlı baş məşqçi koronavirus testi verib və analizinin nəticəsinin neqativ olması barədə müvafiq sənədi var.

Canni De Byazi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.

Qeyd edək ki, C.D.Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.

BakuCity.az

Şərhlər