Bakının bu rayonunda 18 kilometr yol yenidən qurulur - FOTO

Bakının bu rayonunda 18 kilometr yol yenidən qurulur - FOTO

Suraxanıda 18 kilometr yolda yenidənqurma işləri aparılır.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonu Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 18 kilometr uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

BakuCity.az Agentliyə istinadən xəbər verir ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks-dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, küçələr boyu mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılır.

Sözügedən rayonun Əmircan qəsəbəsində 6 kilometr uzunluğa malik Üzeyir Hacıbəyov, Qulu Quliyev, Elxan Həsənov, Park, Tahir Bağırov, Vladimir Balandin, Mirzə Fətəli Axundov və Malik Mustafayev küçələrində, Hövsan qəsəbəsində isə ümumi uzunluğu 5 kilometr olan Oqtay Şabanov, İlqar Əhlimanov, İbiş Məmmədov, Rasim Şahsuvarov, Sahil, Bağça küçələri və Məktəbli küçəsindən qəbiristanlığa gedən yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur ki, bu istiqamətdə artıq işlərin bir hissəsi yerinə yetirilib.

Belə ki, layihə çərçivəsində Əmircan qəsəbəsində Vladimir Balandin, Malik Mustafayev və Park küçələri müasir səviyyədə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Yenidənqurma işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Küçələrə yeni asfalt-beton örtüyü döşənib. Hazırda qəsəbə üzrə analoji təmir-bərpa işləri Elxan Həsənov və Tahir Bağırov küçələrində davam etdirilir. Artıq bu küçələrin bir hissəsində də işlər yekunlaşdırılıb.

İnvestisiya proqramına uyğun olaraq Hövsan qəsəbəsində isə İbiş Məmmədov küçəsinin təmiri yekunlaşıb, Oqtay Şabanov və Bağça küçələrində isə təmir-bərpa işləri agentlik tərəfindən davam etdirilir.

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər küçə və yollarında, həmçinin 7 kilometrlik Zığ-Hövsan avtomobil yolunda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Bakının bu rayonunda 18 kilometr yol yenidən qurulur - FOTO, fotoşəkil-1 Bakının bu rayonunda 18 kilometr yol yenidən qurulur - FOTO, fotoşəkil-2 Bakının bu rayonunda 18 kilometr yol yenidən qurulur - FOTO, fotoşəkil-3 Bakının bu rayonunda 18 kilometr yol yenidən qurulur - FOTO, fotoşəkil-4 Bakının bu rayonunda 18 kilometr yol yenidən qurulur - FOTO, fotoşəkil-5 Bakının bu rayonunda 18 kilometr yol yenidən qurulur - FOTO, fotoşəkil-6 Bakının bu rayonunda 18 kilometr yol yenidən qurulur - FOTO, fotoşəkil-7 Bakının bu rayonunda 18 kilometr yol yenidən qurulur - FOTO, fotoşəkil-8

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər