Paytaxt çimərliklərdə son vəziyyət.
Xəbər verdiyimi kimi, avqustun 5-dən Nazirlər Kabinetinin qərarı ilə çimərliklərin fəaliyyətinə icazə verilib. Sakinlər sosial məsafəni gözləmək, karantin qaydalarına riayət etməklə dəniz kənarında istirahət etmək imkanı əldə ediblər.
BakuCity.az xəbər verir ki, Cimerlik.az saytına daxil olmaqla hansı çimərlikdə kvotaların olması barədə məlumat əldə edən paytaxt sakinləri təmizliyin gözlənildiyini, təhlükəsizliyin təmin edildiyini, sıxlığın müşahidə olunmadığını qeyd ediblər.
BakuCity.az