Bakıda gənc dənizdə boğuldu

Bakıda gənc dənizdə boğuldu

Bakıda 24 yaşlı oğlan dənizdə boğulub.

BakuCity.az FHN-ə istinadən xəbər verir ki, hadisə dünən qeydə alınıb.

Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə (qeyri çimərlik ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü İbrahimov Kənan Firuz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

BakuCity.az

Şərhlər