Bu gündən “Gənclik” metro stansiyasının vestibülü açıq olacaq

Bu gündən “Gənclik” metro stansiyasının vestibülü açıq olacaq

Bu gündən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarda da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” metro stansiyasının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcəklər.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər