Bakı polisi daha bir reyd keçirdi - FOTO

Bakı polisi daha bir reyd keçirdi - FOTO

Paytaxtda nəzarət-profilaktiki reydlər keçirilir.

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirilir.

BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad qrupları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən (iri ticarət mərkəzləri istisna olmaqla) obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılır, pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumatlar verirlər.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunur. Diqqətə çatdırılır ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji  qayda və tələblərə ciddi riayət etməlidir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülür. 

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir. 

Bakı polisi daha bir reyd keçirdi - FOTO, fotoşəkil-1 Bakı polisi daha bir reyd keçirdi - FOTO, fotoşəkil-2 Bakı polisi daha bir reyd keçirdi - FOTO, fotoşəkil-3 Bakı polisi daha bir reyd keçirdi - FOTO, fotoşəkil-4

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər