Bakıdan BƏƏ-yə gedənlərə XƏBƏRDARLIQ

Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq edilib.

Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri isə BƏƏ hökümətinin xüsusi formasıdır ki, burada da uçuş edən şəxsin Dubayda yaşayacağı ünvan, əlaqə telefonu və digər məlumatlar qeyd olunur.

BakuCity.az xəbər verir ki, son günlərdə  müraciət edən bir neçə nəfər rastlaşdığı böyük çətinliklərlə bağlı fikirlərini bölüşüb.

Belə ki, bilet alan zaman yuxarıda qeyd olunan məsələlər barədə xəbərdarlıq olunsada, bu məlumatların qeyd edilməsi Bakıdan Dubaya uçmaq üçün kifayət etmir. BƏƏ-yə turist vizası ilə uçanlardan sığorta şəhadətnaməsi, rezident vizası ilə gedənlərdən isə BƏƏ-dən xüsusi icazə və bu icazənin yazılı şəkildə göstərilməsi tələb olunur.

Nəticədə, Dubaya bilet alan zaman rezident vizası üçün BƏƏ-dən xüsusi yazılı icazə alınması ilə bağlı şirkət tərəfindən heç bir məlumat verilmir. Yalnız reys üçün qeydiyyata yaxınlaşan zaman icazəsi olmayanları qeydiyyata almırlar və rezidentlərin əvvəlcədən icazə almalı olduqlarını bildirirlər. Həmin icazəni almaq üçün “Fly Dubai” şirkətinin saytında qeydiyyat formasını tapıb doldurmaq lazımdır. Bu zaman isə qeydiyyatdan keçməklə bağlı cavab 1 sutka və ya daha gec müddətdə gəlir ki, bu da məsələdən gec xəbər tutan sərnişinin reysi qaçırmasına səbəb ola bilər. 

“Fly Dubai” şirkətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, rezident vizası almaq istəyənlərə BƏƏ-ə daxil olmaq üçün həmin ölkədən icazə almaları ilə bağlı əvvəlcədən məlumat verilir:

“BƏƏ-yə rezident vizası ilə gedənlərin mütləq icazəsi olmalıdır. Bununla bağlı BƏƏ-nin miqrasiya qurumundan icazə alınmalıdır. Şirkətimizin saytında bu icazə ilə bağlı qeydiyyatdan keçmək üçün link yerləşdirilib. İcazə üçün müraciəti son günə saxlamaq olmaz. Sərnişinlər bilet almazdan öncə icazə üçün müraciət etməli və yalnız təsdiq cavabı gəldikdən sonra bilet almalıdırlar. Təsdiq cavabı 21 gün ərzində qüvvədə olur. Yəni sərnişin təsdiq cavabı gəldikdən sonra 21 gün ərzində uçuş edə bilər. Şirkətin saytında turistlər və rezidentlər üçün uçuş prosedurunun bütün qaydaları qeyd olunub. O cümlədən, rezidentlərin BƏƏ-dən icazə alması ilə də bağlı məlumat yerləşdirilib. Əlavə olaraq bizim ofisdən də həm bilet, həm də viza almaq istəyən sərnişinlərə BƏƏ-dən icazə almalı olduqları ilə bağlı əvvəlcədən xəbərdarlıq edilir”.

Şirkət şikayətçilərin dedikləri təkzib etdiyindən müştərilərə verilən bütün bildirişlərin fotosunu təqdim edirik. Göründüyü kimi heç bir bildirişdə nə turist vizası ilə uçanlardan sığorta şəhadətnaməsi, nə rezident vizası ilə gedənlərdən xüsusi icazə alınması ilə bağlı xəbərdarlıq görünmür:

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Düşmənin itkiləri ilə bağlı daha bir görüntü yayılıb.  BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda çox sayda erməni əsgərlərinin meyitinin yük maşınları ilə daşındığı əks olunub.  Hərbçilər meyitləri döyüş bölgəsindən çıxararaq arxa cəbhəyə göndərir.  Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atə...
Siyasət
Ermənistanın kameralarına hücum edilərək himnimiz və erməni dilində xüsusi mətn səsləndirilib. BakuCity.az xəbər verir ki, hadisə Yerevanda yerləşən "Tea & Coffee Planet" dükanında baş verib. Azərbaycanlı hakerlərin sayəsində sözügedən mağazanın kamerası sındırılaraq, orada erməni dilində məlumatlar səsləndirilib. Həmin məlumatlarda cəbhədən ən son və doğru xəbərlər, Qarabağdakı Ermənistan hərbçiləri arasında çoxsaylı itkilər barədə dürüst xəbərlər səslənd...
Siyasət
"Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır”. BakuCity.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. Prezident bildirib ki, bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur.  Həmçinin oxu: Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı "7 şərt qoyub bizə qarşı. Biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var: Qeyd-şərtsiz və dərhal bizim torpaqlarımızdan çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir. Bu şərtimə Erməni...
Siyasət
Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq edib. BakuCity.az xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.  BakuCity.az
Cəmiyyət
Ermənilərin dinc əhaliyə qarşı terror əməllərini davam edir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizdə dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. BakuCity.az xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nə...
Cəmiyyət
Kocaeli şəhərində avtobuslarda Azərbaycana dəstək şüarı yerləşdirilib. “Dost və qardaş dəstəyini ifadə etmək üçün Türkiyənin Kocaeli şəhərində avtobusların elektron tablolarında Azərbaycan və Türkiyə bayraqları eləcə də “Tək millət iki dövlət” şüarı əks olunub”. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. “Birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Kocaelidən olan əziz həmkarlarımıza sonsuz təşəkkürlərimizi bildiriri...
Cəmiyyət
Şərti açıqlanəb. 2020-ci il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin verdiyi şikayətə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq qərar qəbul edib. Həmin qərarda Avropa Məhkəməsi Ermənistanı və Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir. Bu barədə BakuCity.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Beləli...
Siyasət
Rusiya Azərbaycanla Ermənistanı atəşkəsə çağırıb. BakuCity.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb. BakuCity.az
Siyasət
Ordumuzun ələ keçirdiyi düşmən texnikalarının görüntüləri yayılıb. Ordumuzun Füzuli istiqamətində uğurlu əməliyyatı nəticəsində düşmənin əldə edilən texnikaları ilk dəfə görüntülənib. BakuCity.az xəbər verir ki, REAL TV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, onlar "UAZ” və "URAL” markalı yük və piyada daşımaq üçün istifadə edilən maşınlardır. Xatırladaq ki, bu gecə Azərbaycan Ordusu Füzuli istiqamətində növbəti uğurlu əks-hücum...