Bakıda iri ticarət mərkəzləri açılır? - RƏSMİ AÇIQLAMA

Bakıda iri ticarət mərkəzləri açılır? - RƏSMİ AÇIQLAMA

Paytaxtda gələn həftədən iri ticarət mərkəzləri açılır?

Xəbər verildiyi kimi, avqustun 11-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib.

Belə ki, açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Bəs iri ticarət mərkəzləri ilə bağlı qaydalar varmı? Gələn həftə açıq havada olan kafe və restoranlarla yanaşı iri ticarət mərkəzləri də açıla bilərmi?

BakuCity.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov iri ticarət mərkəzlərinin nə zaman açılacağı ilə bağlı hələlik heç bir məlumatın olmadığını bildirib:

“Harda necə davranılması ilə bağlı qaydalar var. Bu qaydalar bizim saytımızda və koronavirus.az saytında da var. İri ticarət mərkəzlərinin nə zaman açılacağı ilə bağlı hələlik bir söz deyə bilmərəm”. (konkret.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər