Bakıda müəllim dənizdə batan ana və qızını xilas etdi - FOTO

Bakıda müəllim dənizdə batan ana və qızını xilas etdi - FOTO

Bakıda müəllim dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib.

Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib.

BakuCity.az xəbər verir ki, bu barədə Ali Məktəbdən məlumat verilib. 

Məlumata görə, Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən həyat yoldaşının köməyi ilə batmaqda olan ana və qızını xilas edə bilib.

Həmçinin oxu: Bakı çimərliklərindən görüntülər – FOTO

Köməyə 3 nəfərin ehtiyacı olsa da, güclü şimal küləyi onları sahildən xeyli uzaqlaşdırdığından ailə başçısını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun cansız bədənini sahilə çıxarıblar.

Qeyd edək ki, Pyotr Kuvşinov su polosunda idman ustası, eləcə də Qarabağ müharibəsi veteranıdır.

Bakıda müəllim dənizdə batan ana və qızını xilas etdi - FOTO, fotoşəkil-1

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər