Sosial mənzillərin elektron satışı - QİYMƏTLƏNDİRMƏ

“Mənzil sahibi olmuş vətəndaşların mənzil seçimi prosesi barədə məlumatları sosial şəbəkələrdə paylaşmaları məqsədəuyğun olardı”.

BakuCity.az xəbər verir ki, bu fikirləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərlə bağlı keçirdiyi son satışların nəticələrini dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Həmçinin oxu: Güzəştli mənzillər belə təhvil veriləcək - VİDEO

Vüqar Bayramov qeyd edib ki, artıq mənzilə sahib olanların müraciət edənlərə nisbəti dəyişməkdədir:

“Yasamalda inşa edilmiş sosial evlərə müraciət kifayət qədər çox olduğu üçün satışa çıxarılan mənzillərin sayı tələbatdan xeyli az idi. O zaman da bildirmişdik ki, mənzil sahiblərinin sayı artdıqca, ev sahibi olanların nisbəti çoxalacaq.

Hövsanda bu, artıq müşahidə olunur. Təbii ki, heç bir əlavə ödəniş olmadan, vətəndaşların sadəcə, elektron seçimlə mənzil sahibi olmaları sevindirici haldır. Əslində, elektron satış şəffaflığın təmin edilməsi baxımından, vacibdir.

Sadəcə, tələb ilə təklif arasında fərq olduğundan, ilkin mərhələlərdə satışa çıxarılan mənzillərin sayı evə sahib olmaq istəyənlərin müraciətlərindən az idi. Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində inşa edilən 1843 mənzildən 1654-ü Agentliyin sərəncamında idi. Bu mənzillərin satışı artıq başa çatıb”.

Deputat hesab edir ki, sosial evlər çərçivəsində daha çox mənzilin satışa çıxarılması tələb ilə təklif arasındakı fərqin aradan qaldırılmasına və artıq gələn il müraciət edənlərin xeyli hissəsinin elektron sistem vasitəsilə evə sahib olmasına imkan verəcək:

“Bu ildən istifadəyə verilən Hövsan Yaşayış Kompleksi 2962 mənzildən ibarətdir. Hövsanda inşa edilən 11 binanın 7-si 7 mərtəbə, 4-ü isə 10 mərtəbəlidir. Həmin mənzillərin 803-ü hərbi qulluqçular üçün ayrılıb.

Əslində, müraciətçilərin xeyli hissəsinin elektron sistem vasitəsilə evə sahib olması sisteminin qorunub saxlanması şəffaflıq baxımından, daha məqsədəuyğundur. Qeyd edək ki, Hövsanda 30 iyun 2020-ci il tarixində satışa çıxarılmış 249 mənzildən 171-nin rəsmiləşdirilməsi artıq başa çatdırılıb, qalan mənzillərin isə rəsmiləşdirilməsi davam etdirilməkdədir”. (yenicag.az)

BakuCity.az

Şərhlər

Siyasət
"Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır....
Siyasət
Düşmənin növbəti iki tankı məhv edilib.  Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qar...
Siyasət
Ermənistan ordusunun daha bir zabiti məhv edilib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan ordusunun daha bir zabitinin məhv edilməsi haqda açıqlama verib. BakuCity.az xəbər verir ki, məlumatda deyilir: "İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv...
Cəmiyyət
Əsgərlərimiz qələbə şüarları ilə cəbhəyə yola salınıb. BakuCity.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur. Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır. BakuCity.az
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. “İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirir. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda...
Cəmiyyət
Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov da cəbhəyə yollanıb. BakuCity.az xəbər verir ki, bu barədə İlkin Əhmədov özü məlumat verib. Xanəndə bildirib ki, hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir: "Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm. Düzdür, indi arxa cəbhədəyəm, amma birazdan telefonuma zəng ç...
Cəmiyyət
“Martuni” motoatıcı alayı darmadağın edilib. Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşm...
Cəmiyyət
Erməni işğalı altında olan Xankəndi şəhərinin yeni gecə görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, müharibədən bir neçə gün əvvəl işıqlı görünən şəhər, hazırda qaranlığa qərq olub. (oxu.az) BakuCity.az
Cəmiyyət
Xəbər verriyimiz kimi, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib. AzTV işğaldan azad edilən Talış yüksəkliklərindən ilk görüntüləri lentə alıb. BakuCity.az