Azərbaycanda daha bir qadağa ləğv edilib.
Pandemiya ilə əlaqədar məhkumlarla görüş, həmçinin sovqat və banderolların ötürülməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə BakuCity.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
“Artıq müəssislərin çoxunda yaradımış bu şəraitə uyğun məhkum və həbs olumuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılıb
Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib”, - deyə məlumatda bildirilib.
BakuCity.az