DTX tərəfindən saxlanılan Eldar Həsənovla bağlı qərar verildi - YENİLƏNDİ

DTX tərəfindən saxlanılan Eldar Həsənovla bağlı qərar verildi - YENİLƏNDİ

Səfir Eldar Həsənovla bağlı qərar verilib.

Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu

BakuCity.az xəbər verir ki, məhkəmədə Eldar Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirlib.

BakuCity.az xəbər verir ki, həbs qətimkan tədbiri ilə bağlı istintaq orqanının təqdimatına Səbail Rayon Məhkəməsində baxılır.

Həmçinin oxu: DTX-nin saxladığı Eldar Həsənovun DOSYESİ

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BakuCity.az

https://www.bakucity.az/
Şərhlər