Abşeronda bıçaqlanma hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən çoxsayli bıçaq zərbələri alan 1992-ci il təvəllüdlü Məmmədova Şəhanə Sahib qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı qadının döş qəfəsində və qarın boşluğunda 20-dən artıq kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
BakuCity.az