"Barselona"nın baş məşqçisi qovuldu

"Barselona"nın baş məşqçisi qovuldu

Kike Setyen İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi postundan kənarlaşdırılıb.  

BakuCity.az xəbər verir ki, bu barədə klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib. "Setyen işindən azad olundu" deyə o vurğulayıb. 

61 yaşlı mütəxəssisi İngiltərə "Tottenhem"inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya "Barselona"nın keçmiş kapitanı, artıq Qətərin "Əl-Sədd" komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər. 

Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən "Barselona" Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına böyük hesabla uduzub - 2:8. 

BakuCity.az

Şərhlər